Azərbaycan Ordusunun yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsi Ermənistanda əsas müzakirə obyektidir.
ONN media xəbər verir ki, “Hraparak” qəzeti Ordumuzun əlverişli yüksəkliklərə nəzarətində birbaşa Paşinyanı ittiham edir:
“Zəngəzurda Azərbaycan Ordusu bir neçə kilometr irəliləyərək, Dağ icmasının aşağı hissəsində əlverişli mövqelər tutublar. Məsələ burasındadır ki, İrəvan və Bakı razılaşıb ki, Ermənistanı Qarabağla birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın və Qarabağdan Ermənistana gedən yol əvvəllər Dağ kəndindən keçsə də, indi yalnız Gorunzurdan (Kornidzordan) keçsin. Bu isə o deməkdir ki, dəhliz və 5 kilometrlik bufer zonası da Dağ kəndindən Gorunzura köçürülməlidir. Azərbaycan faktiki olaraq 2 gün əvvəl bu sektorda öz qoşunlarının yerləşdirilməsinə və mühəndislik işlərinə başlayıb”.
Qəzet iddia edir ki, Ermənistanı Qarabağla birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Paşinyan Azərbaycan qüvvələrinin gəlməməsi üçün ordunu və ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını bu əraziyə vaxtında yerləşdirməkdən yayınıb:
“Əvəzində İrəvan hakimiyyətinin hərəkətsizliyi nəticəsində Azərbaycan əlverişli yüksəkliklər əldə edib. Və indi Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq”.
Qeyd edək ki, ötən gün Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Hazırda mövqelər bir-birindən 10-15 metr aralıda yerləşir.



Ordumuzun yeni nəzarətə götürdüyü ərazilər - Xəritə
SON DƏQİQƏ: Ordumuz bu əraziləri nəzarətə götürdü
Əlverişli mövqelər Bakının nəzarətində: hazırda bu plan üzrə iş gedir
Şuşanın iki kəndi Ordumuzun nəzarətinə keçdi
Ordumuz “azad artsax” “abidəsini” sökdü
Ordumuzun Laçında nəzarətə götürdüyü ərazilərin unikal əhəmiyyəti nədir?
Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda bayrağımızı dalğalandırdılar
Azərbaycan yeni yolda məntəqə quracaq?- Ermənilərin qorxulu yuxusu
Erməni generallarını nə qorxuya salıb?
Araik Moskvaya getdi- Ermənilər nəyə hazırlaşır?
Azərbaycan ordusu LAÇINDA- ƏLİYEV AÇIQLADI
Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 