Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.
ONN media xəbər verir ki, dövlət başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Azərbaycan Prezidenti ilə görüşməkdən və Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.
Dövlət başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula Ulu Öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.
Prezident İlham Əliyev qeyd edib ki, dövlətçiliyimizin qurucusu olan Ulu Öndər ölkəyə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz Ümummilli Liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.
Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulanıb, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığı qeyd edilib.



Prezident Rüstəm İmaməlini qəbul etdi
İlham Əliyev Ərəb Parlamentinin prezidenti ilə görüşdü
Ərdoğan Kamran Əliyevi qəbul etdi
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident Park Byonq-Soqunu qəbul etdi
Prezident Vasif Talıbovla görüşdü
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
İlham Əliyev Koreya nümayəndə heyətilə görüşdü
Prezident Myasnikoviçi qəbul etdi
Prezident Fikrət Qocaya zəng etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 