Mayın 31-də Bakı şəhərində Azərbaycan və Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə ONN media-ya Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər.
Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin, xüsusilə parlament diplomatiyasının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib.
Müzakirələr çərçivəsində 2022-ci ilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamətdar tarixlə yadda qaldığı bildirilib, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Həmçinin 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb.
E.Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər arasında həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.



XİN rəsmi məlumat yaydı
XİN rəsmi məlumat yaydı
XİN rəsmi məlumat yaydı
Azərbaycan XİN rəsmi məlumat yaydı
Azərbaycan və Rusiya XİN rəsmiləri görüşdü
Azərbaycanla Tacikistan arasında mühüm sənəd İMZALANDI
XİN rəsmi məlumat yaydı
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş
Azərbaycan və İran rəsmiləri görüşdü
İran və Türkiyə arasında məsləhətləşmə keçiriləcək
Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmə oldu
XİN rəsmi məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 