Ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığını qeyd edib. 2018-ci ildə leqal əməkhaqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır - deyə A.Əliyev əlavə edib.
ONN media bildirir ki, məsələ ilə bağlı "Trend"in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü il üçün proqnoza görə, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq:
"2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqındakı artım tempi davam edir. Bu ilin ilk rübündə orta aylıq əməkhaqqında 11,4 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, bütövlükdə 2023-cü ilin növbəti aylarında əməkhaqqı artımlarının davam edəcəyini proqnozlaşdırırıq.
Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əməkhaqqının artırılması ilə bağlı qərar verildi, eləcə də bir sıra sektorlarda əməkhaqqının artırılması ölkə üzrə əməkhaqqına təsir göstərdi. Bu baxımdan təbii ki, bizim də 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq.
Ortaq aylıq əməkhaqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımından çox vacibdir. Digər bir tərəfdən isə pensiyaların indeksasiyasına təsir edəcək, yəni 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya olunaraq artırılacaq. Ona görə də əməkhaqqı artımları növbəti aylarda da davam edəcək"//metbuat.az



Minimum əməkhaqqı nə qədər arta bilər?
Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır
Azərbaycanda bu şəxslərin maaşı artırılıb - SİYAHI
Naxçıvanda maaşlar artıb?
Orta aylıq əmək haqqı 25 faizdən çox artacaq
Gələn il pensiyalar bu qədər artacaq
Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
ŞAD XƏBƏR: Bu işçilərin maaşları artdı
Bakıda orta əməkhaqqı 900 manata çatdı
Bu şəxslərin maaşı artıb
Bakıda maaşlar ARTIB
Pensiyalar nə qədər artacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 