Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.
ONN media xəbər verir ki, bunu Trend-ə deputat Vüqar Bayramov deyib.O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.
“Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”, - deyə deputat əlavə edib.
V.Bayramov qeyd edib ki, mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.
“Hazırda bu rəqəm 11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, - deyə o,vurğulayıb.



Pensiya alanlara ŞAD XƏBƏR
Pensiyalar nə qədər artacaq?
Pensiyalar nə vaxt artacaq?- AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR- Pensiyalar artırılacaq
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR
Pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu aydan...
Pensiyalar bu qədər artacaq
Pensiyalar nə vaxt artacaq?- Rəsmi
Pensiya alanlara ŞAD XƏBƏR
Pensiyalar nə qədər artacaq?
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiya artımları nə vaxtdan veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 