İyunun 29-da “Şahdağ Turizm Mərkəzi”ndə yay mövsümünün başlanması ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.
ONN media xəbər verir ki, mediaturun məqsədi “Şahdağ Turizm Mərkəzi“nin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən Mərkəzin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər, gələcək planlar haqqında ətraflı məlumat verib.
Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.
Rüstəm Nəcəfov “Şahdağ”ın ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib.
Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.
Məlumat üçün bildirək ki, hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər.
Bu il mərkəz ərazisində olan göl də istifadəyə verilib. Burada qonaqlar həm üzə, həm də su əyləncələrindən istifadə edə bilərlər.Qeyd edək ki, 2022-ci ilin statistik məlumatlarına əsasən “Şahdağ Turizm Mərkəzi”nə 109 minə yaxın ziyarətçi səfər edib, hotellərində 60 minə yaxın şəxs qonaqlayıb.



Azərbaycan qış turizminə start verilib
Bu turizm mərkəzlərində yeniliklər edildi
“Şahdağ” Turizm Mərkəzində qış mövsümü bağlı elan olundu
Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib
Nazirlər Kabinetindən yeni qərar
Nazirlər Kabinetindən qərar: "Şahdağ" artıq...
Şahdağa bundan sonra alman rəhbərlik edəcək
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı
Dövlət Turizm Agentliyindən “Şahdağ”la bağlı XƏBƏRDARLIQ
Turistlərə təqdim olunan menyu ilə bağlı açıqlama
İki şəhərdə yeni turizm qurumları yaradılacaq
Azərbaycanda turizm mövsümü nə vaxt açılacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 