ONN media xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.
Sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət etmişdir. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil etmiş, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil etmişdir.
Mövsüm ərzində “Şahdağ” adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, mərkəz Ukrayna, Tükiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunmuşdur.
Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, “Şahdağ” Turizm Mərkəzi hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Lyuks Dağ Kurortu” və “Lyuks Dağ Hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülmüşdür.
2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunmuş, uşaqlar üçün yeni əyləncələr yaradılmışdır. Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilmiş, qonaqların 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil etmişdir.
Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilmişdir. Yay mövsümünün açılışınadək isə mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” hoteli fəaliyyət göstərəcək.



Nazirlər Kabinetindən qərar: "Şahdağ" artıq...
Azərbaycan qış turizminə start verilib
“Şahdağ”da yay mövsümünə start verilir
Bu turizm mərkəzlərində yeniliklər edildi
Xarici vətəndaş "Şahdağ"da öldü
Azərbaycanda turizm mövsümü nə vaxt açılacaq?
Şahdağa bundan sonra alman rəhbərlik edəcək
Lənkəranda regional turizm idarəsi açılır
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Dövlət Turizm Agentliyindən “Şahdağ”la bağlı XƏBƏRDARLIQ
Azərbaycana gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaqlar
Qahirədən Qəbələyə ilk çarter reysi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 