Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərara aydınlıq gətirib.
ONN media xəbər verir ki, kollegiyadan verilən xəbərə görə, Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.
Bildirilib ki, Elçin Sadıqov “Baku Steel Company” Şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan hallara dair publik qaydada - “O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.”; “... Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox sənədlər verdiyimi deyim. Özü də elə dedi.” - məzmununda paylaşım edib. Bununla o, özünün etdiyi etirafa əsasən, qeyri-qanuni vasitəçiliyə əl ataraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb edib.
Qeyd olunub ki, E.Sadıqovun Kollegiyadan xaric olunması ilə bağlı qərar vəkil kimi icraatında olan digər işlərlə deyil, məhz bu məsələ ilə bağlı yol verdiyi ciddi qanun pozuntusu ilə birbaşa əlaqəlidir. Həmçinin onun 06.07.2023-cü il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan bütün işləri yekunlaşdırmağa icazə verilib.



İki vəkilin fəaliyyəti dayandırıldı
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı
Daha 1 vəkilin fəaliyyətinə xitam verildi
Elvinin veteran təqaüdü niyə dayandırılıb?- RƏSMİ
Rəşad Zeynallı saxlanıldı
Rövşən Əkbərovun oğlu vəkil Elçin Sadıqova hücum edib?
Azərbaycanda məhkəmə sədri CƏZA ALDI
Nəcməddin Sadıqovun “sağ əli” həbs olundu
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək
Ehtiyyatda olan polkovnik niyə həbs olundu?
Əfqan Sadıqov HƏBS EDİLDİ
Nəcməddin Sadıqov ölüb? - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 