Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə “SOCAR Trading” ilə “Pertamina” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində “Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır. Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən həyata keçirir.



Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Ərdoğandan Azərbaycanla bağlı VACİB QƏRAR
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Energetika nazirliyində növbəti görüş keçirilib
Azərbaycan-İtaliya sənədləri mübadilə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 