Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub.
Söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Fatih Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib. Energetika naziri Pərviz Şahbazov Agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqmətlərinin müəyyənləşdirilməsi məqsədilə belə bir səfərin vacibliyini qeyd edib.
Vaşinqtonda UNİPER şirkətinin baş icraçı direktoru Klaus Şaferlə də görüş baş tutub. Azərbaycanı UNİPER-in əsas tərəfdaşlarından biri hesab edən Klaus Şafer birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib. Energetika naziri UNİPER ilə mövcud əməkdaşlığın genişləndirilməsi baxımından təcrübə mübadiləsi, enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstək, Abşeronda qazpaylayıcı şəbəkənin yenidənqurulması kimi potensial istiqamətləri diqqətə çatdırıb. Görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafına dair müzakirələr aparılıb.



Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
İlham Əliyev Fatih Birolla görüşdü
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir
Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 