Yunus Oğuz: "Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq".
ONN media xəbər verir ki, ötən həftə sonu Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə edilən məsələlərdən biri də Xankəndinə Ağdam vasitəilə humanitar yardımların çatdırılması olub. Paralel olaraq Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklif olunur. Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına Ermənistan tərəfi qarşı çıxır. Hər halda Brüssel görüşündən sonra İrəvandan sözügedən məsələyə verilən reaksiyalar belə deməyə əsas verir. Maraqlısı isə odur ki, Ermənistanla paralel olaraq Rusiya da Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu variantına qarşı çıxır. Həm Ermənstan, həm də Rusiyanın Azərbaycanın təklifinə qarşı çıxmasının səbəbi barədə danışan yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı agentliyin rəhbər Yunus Oğuz bildirib ki, Moskva və İrəvanın Bakının təklifinə qarşı çıxması başadüşüləndir: "Çünki həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçirilən zaman aydın olacaq ki, Xankəndində nə qədər erməni yaşayır. Sözdə 120 min desələr də, əslində reallıqda bu say qat-qat aşağıdır. Həmçinin, sülhməramlıların sayı 1960 nəfərdən çox olduğu üçün saylarının bilinməsini istəmirlər. Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq. Ona görə də həm Ermənistan, həm də Rusiya Ağdam-Xankəndi yolu ilə təchizat-təminat prosesinin həyata keçirilməsini istəmir. Ona görə də ciddi şəkildə Bakının bu təklifinə etiraz edirlər".
Yunus Oğuz hesab edir ki, Azərbaycan dövləti maksimum dərəcədə buna çalışıb nail olmalıdır ki, təchizat Ağdamdan həyata keçirilsin.
Rəsmi Bakının dirənişi qarşılığında Rusiyanın Azərbaycana qarşı daha aqressiv mövqe nümayiş etdirmə mümkünlüyünə gəlincə, Yunus Oğuz deyib ki, Rusiya onsuz da Azərbaycana qarşı aqressiv mövqe ortaya qoyur: "Separatçıları silahlandırır. Onları Azərbaycana qarşı körükləyir. Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq Qarabağdakı separatçılar tərəfindən atəşə tutulması da məhz Rusiyanın separatçıları körükləməsindən irəli gəlir".
Yunus Oğuz bildirib ki, son günlər separatçıların Xankəndində keçirdikləri aksiyalarda da Rusiyanın əli var:
"Rusiya istəmir ki, Cənubi Qafqazdan çıxsın. Çünki sülhməramlılar Qarabağdan çıxan kimi , növbə Rusiyanın Ermənistandakı hərbi bazasının bu ölkədən çıxarılmasına gələcək. Bununla da Cənubi Qafqaz Rusiyanın asılılığından xilas olmuş olacaq. Rusiya isə öz növbəsində bu prosesin qarşısını almaq üçün öz planlarını həyata keçirir və bundan sonra da öz məkrli planlarını davam etdirəcək. Ancaq biz də öz növbəmizdə buna hazır olmalıyıq".



Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Separatçılar Ağdam- Xankəndi yolu üzərində yükü qəbul edəcəklər
Rusiyanın yardım maşını Ağdama qayıtdı
Yardım maşınımız 21 gündür yolda gözləyir
Makron İlham Əliyevə zəng edib
Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verdi - XİN
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
XİN Şarl Mişelin bəyanatına münasibət bildirdi
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
Xankəndinə göndərilən yük Gəncədən yola düşdü
İrəvan bu yolların paralel istifadəsinə əngəl törədir - XİN
Ermənilərə göndərilən ərzaq Xankəndiyə çatdırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 