Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) 21 gündür Ağdam-Xankəndi yolundadır.
ONN media xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.



Separatçılar Ağdam- Xankəndi yolu üzərində yükü qəbul edəcəklər
Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Rusiyanın yardım maşını Ağdama qayıtdı
Göndərilən yardımlar ermənilərə nə vaxt çatacaq?
Qarabağda yaşayan erməniəsilli şəxslərə nələr göndərilib?
Qarabağdakı ermənilərə baş çəkildi
BQXK maşınları yükü boşaldıb Ağdama qayıtdı
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda Ramazan yardımı paylayır
Ekspert:"Qızıl Ay"a maneə də, Fransanın 10 TIR yardımı da siyasi əxlaqsızlıqdır"
Qızıl Aypara Cəmiyyəti zəlzələ bölgəsində
Qarabağda AzQAC-ın ofisləri açılacaq
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 