Abşeron Rayon İcra Hakimiyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
ONN media xəbər verir ki, rayonun Xırdalan şəhərində yerləşən Mərkəzi Xəstəxanada təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilmiş, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilmiş və daha sonra qanın verilməsinə başlanılmışdır.
Qanvermə aksiyasında 100 nəfərdən artıq rayon sakini könüllü iştirak etmişdir. Qan ehtiyacı olan insanlara kömək etmək məqsədilə Abşeron rayonunda baş tutan aksiyada Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak etmişlər.
Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.



Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi qanvermə aksiyası keçirib
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
Təhsil naziri qan verib
Qanvermə aksiyası keçirildi
Aşura ilə bağlı toplanan qan vətəndaşlara pulla verilir?
Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Mərkəzi Bankda keçirilən təqdirəlayiq tədbir
1233 nəfərdən 554 litr qan toplandı
Aşura günü ilə bağlı qan vermə aksiyası başlayıb
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
Nazirlik açıqladı: Əli Əhmədovun donor olması...
Allahşükür Paşazadə qan verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 