Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq - yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.
ONN media xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək.
Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.
Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, AZAL hər gün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 4 müntəzəm reys həyata keçirir və tələbatdan və aviaşirkətin texniki imkanlarından asılı olaraq bu marşrut üzrə əlavə reyslər yerinə yetirilir.
Aviadaşımalar mövsümündə yüksək tələbat olsa da, bu marşrut üzrə uçuşların sayı bütün proqnozları üstələyir. Təkcə son bir həftə ərzində bu istiqamətdə hər gün 10-a yaxın uçuş yerinə yetirilib və gündəlik 2 mindən çox sərnişin daşınıb//axar.az



Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırıb
Naxçıvana bilet qiymətləri niyə qalxıb?- İLK AÇIQLAMA
AZAL bu istiqamətdə uçuşlara başladı
Azaldan Naxçıvana getmək istəyənlərə şad xəbər
AZAL-dan bu şəxslərə XƏBƏRDARLIQ
AZAL bu istiqamət üçün bilet alanlara müraciət etdi
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb
AZAL sərnişinlərə müraciət etdi
AZAL-dan “fırıldaqçılıq” açıqlaması
AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı
Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 