Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Emin Zabit oğlu Mahmudov və onun həyat yoldaşı Ukrayna vətəndaşı Lyudmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Renata Eminovna Mahmudova, 04.11.2010-cu il təvəllüdlü David Eminoviç Mahmudov və 10.12.2017-ci il təvəllüdlü Dayana Eminovna Mahmudova cari ilin 5 may tarixində Azərbaycana təxliyə ediliblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçiriliblər.
Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.
Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.



Suriyada saxlanılan 12 azərbaycanlı Vətənə QAYTARILDI
XİN bu şəxslərlə bağlı məlumat yaydı
XİN daha bir rəsmi məlumat yaydı
XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
Türkiyədə zəlzələ nəticəsində dörd vətəndaşımız həlak olub
Zəlzələdən sonra Türkiyədən nə qədər azərbaycanlı təxliyyə olunub?
16 azərbaycanlı Suriyadan repatriasiya olundu
197 Azərbaycan vətəndaşı Bakıya gətirildi - AZAL
Ukraynada daha bir azərbaycanlı həlak olub
Müharibə zamanı həlak olan uşaqların sayı açıqlandı
Prezident 2 fərman imzaladı
Ukraynadan daha 184 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 