Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitləri (1 000 ABŞ dolları) ləğv edib.
ONN media xəbər verir ki, bu, AMB-nin İdarə Heyətinin qərarı ilə “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda etdiyi dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, fiziki şəxslər üçün köçürmə formasından (hesab açmadan və yaxud hesab vasitəsilə) asılı olmayaraq 20 000 ABŞ dolları ekvivalentinə qədər aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günə qədər avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib.
Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və yaxud bank zəmanəti təqdim etməlidir.Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla ölkə ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslərin ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 000 ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul vəsaitini nağdlaşdırması müəyyən edilib.
Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Qurum bəyan edib ki, məqsəd fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılmasıdır.



Xaricə gedənlərin nəzərinə: buna limit qoyuldu
Mərkəzi Bankdan mühüm QƏRAR – limit ləğv olundu
Bank depozitlərinin dollarlaşma səviyyəsi açıqlanıb
Azərbaycanda gömrük qaydaları ilə bağlı YENİ QƏRAR
Yeni sadələşdirilmiş gömrük bəyannaməsi təsdiqləndi - NÜMUNƏ
Azərbaycanda bir bankın lisenziyası ləğv edildi
ŞAD XƏBƏR: Azərbaycanda yeni iş yerləri açılacaq
Əmanətlərin sığortalanması ilə bağlı VACİB YENİLİK - Məbləğ artırıldı
Fiziki şəxslər üçün YENİ QAYDA - Xaricdəki hesablara...
Problemli kreditlərin həlli ilə bağlı elektron resurs hazırlanıb
Ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi - ƏMR İMZALANDI
İlham Əliyev Problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 