Plastik kartlarla xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, buna səbəb Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik etməsidir:
“Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq.
Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdırdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”.
“Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub”, - deyə o əlavə edib.



MB xaricə pulköçürmələrdə gündəlik limiti ləğv etdi
Fiziki şəxslər üçün YENİ QAYDA - Xaricdəki hesablara...
Mərkəzi Bankdan mühüm QƏRAR – limit ləğv olundu
Ödəniş kartlarından istifadə qaydalarında dəyişiklik
Azərbaycanda gömrük qaydaları ilə bağlı YENİ QƏRAR
ŞAD XƏBƏR: Azərbaycanda yeni iş yerləri açılacaq
Nazirlər Kabinetinin 300 dollarlıq LİMİT QƏRARI qüvvəyə mindi
Zədələnmiş pullar necə dəyişdirilir? - RƏSMİ
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
Əmanətlərin sığortalanması ilə bağlı VACİB YENİLİK - Məbləğ artırıldı
Xaricə gedən azərbaycanlı turistlərin sayı nə qədər artıb?
Nazirlik bu qərarda dəyişiklik etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 