25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
ONN media xəbər verir ki, görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan və Rusiyanın ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olduqları bildirilib.
Görüş zamanı, iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Nazir müavini, Elnur Məmmədov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, Ermənistan tərəfinin bu səylərə xələl gətirən, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olan hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Elnur Məmmədov Volkerlə görüşdü- Rəsmi
Azərbaycanla Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr olub
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Tariq Mahmud Əhməd ilə görüşdü
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Xarici İşlər Nazirliyi Pakistanla bağlı rəsmi məlumat yaydı
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmə oldu
Nazir Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşdü
Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb
İƏT ölkələrinə erməni təxribatından danışıldı
Azərbaycan və Rusiya XİN rəsmiləri görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 