Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı, insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub.
Nazir müavini Elnur Məmmədov Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. Bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.
Nazir müavini Elnur Məmmədov, həmçinin Azərbaycanın sülh və quruculuq səylərinin Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşdiyini qeyd edib. Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib. Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.
Görüş zamanı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bayramovun müavini Rusiyaya getdi
Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb
Əli Əsədov Məhərrəm Kılıçla görüşdü
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Xarici İşlər Nazirliyi Pakistanla bağlı rəsmi məlumat yaydı
XİN rəsmi məlumat yaydı
İƏT ölkələrinə erməni təxribatından danışıldı
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
Ceyhun Bayramov Tariq Mahmud Əhməd ilə görüşdü
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş
Bayramov və Lavrov nəyi müzakirə etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 