Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən il Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb. Ölkələr arasındakı əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib. Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar. Görüşün sonunda, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Nazir Ceyhun Bayramova təqdim edilib.Nazir Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşdü



Bayramov Qaribaşvili ilə görüşdü
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Ceyhun Bayramov səfirlə görüşdü
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışıb və
Sahibə Qafarova Matviyenko ilə görüşdü
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Bayramovun müavini Rusiyaya getdi
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 