Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca çətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.
Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq.
Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə çayı əsəblərinizi tam sakitləşdirəcək.
ONN media saglamolun.az-a istinadən xəbər verir ki, ballınanə bitkisinə həm də limonotu, bədrənc, melisa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştahanı yaxşılaşdırır
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə “oğul otu” deməyiblər.



Sakitləşdirici vasitələr
Akasya çayının inanılmaz faydaları
Fərqli bitki çayları - Orqanizmə necə təsir edir?
Çayın inanılmaz faydaları
Liderlərin içdiyi çay
Qadınlar mütləq bu çaydan içsin
Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY FAYDALARI
Kəklikotu çayının hansı faydaları var?
Stress və gərginliyi azaldır, mədəni sakitləşdirir - Nanəli çayın faydaları
Bu çaylar stressi azaldır
Mikrobları öldürən ƏLA VASİTƏ
Yuxu problemini aradan qaldıran bitkilər
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 