Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
ONN media açıqlamanı təqdim edir:
"Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış video müraciət yayılmışdır.
Bildiririk ki, qeyd olunan video müraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
“Deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən Müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.
Qeyd olunan saxta və yalan video müraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".



MEDİA və DTX birgə bəyanat yaydı
DTX bu şəxslərə xəbərdarlıq etdi
SON DƏQİQƏ: Azərbaycanda bu qurum ləğv edildi - FƏRMAN
Düşmən təxribatının yeni dalğası
Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı...
Qeyri-iş günləri bu qurumlara şamil edilməyəcək - SİYAHI
MEDİA bununla bağlı XƏBƏRDARLIQ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 