Azərbaycanda İKT sahəsinə dair standartlara tələbat artıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru İlham Bayramov “Report”a müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- İlham müəllim, əksər oxucular standartın nə olması, hansı sahələri əhatə etməsi barədə məlumatsızdır. Zəhmət olmasa, bu istiqamətdə bir qədər məlumat verin.
- Azərbaycanda “Standartlaşma haqqında” qanuna əsasən, standartlar bütün mallara, xidmətlərə, işlərə, istehsal metodlarına, istehsal proseslərinə, idarəetmə sistemlərinə tətbiq edilir. Standartların əsas məqsədi keyfiyyətin təmin olunmasıdır. Yəni standartlar mal, xidmət, iş və digər sahələrə dair minimum keyfiyyət və təhlükəsizlik tələblərini müəyyən edir, bütün iqtisadi prosesləri əhatə edir, qlobal problemlərin həllinə, sosial-iqtisadi hədəflərə çatmağa dəstək mexanizmlərini həyata keçirir.
- Standartlar dövlət, yoxsa özəl qurumların fəaliyyətini tənzimləyir?
- Burada dövlət və yaxud özəl sektora ayrıca yanaşma yoxdur. Standartlar həm dövlət, həm özəl qurumlarının, həm də vətəndaşların marağına xidmət edir, insanların, yəni istehlakçıların təhlükəsizliyi və sağlamlığı üçün minimum tələbləri müəyyənləşdirir. Hansısa məhsul standarta uyğun istehsal edilirsə, deməli burada minimum təhlükəsizlik və keyfiyyət tələblərinə riayət olunur. Bu da dolayısı ilə istehlakçıların sağlamlığının təmin olunmasına zəmin yaradır.
- Azərbaycanda informasiya texnologiyaları sahəsində standartlarla bağlı vəziyyət necədir?
- Rəqəmsallaşma bu gün standartlaşmanın tətbiq olunduğu əsas hədəf dairələrindən biridir. Müasir dövrdə sürətlə inkişaf edən texnoloji innovasiyaların, yeni sistemlərin və süni intellektin tətbiqi standartlarla tənzimlənir. Bunların hamısına dair tələblər, çərçivə və qaydalar var. Onları standart təmin edir. Azərbaycanda son dövrlər bazar tələbatına uyğun olaraq həyata keçirilən, sosial-iqtisadi inkişaf strategiyasında qoyulmuş hədəflərə çatmaq üçün informasiya sistemlərinə, süni intellekt və texnoloji həllərə dair standartlara tələbat artıb. Ona görə də bu istiqamətdə müasir standartları qəbul edirik. Bununla bağlı Beynəlxalq Standartlaşma Təşkilatı (İSO), Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC) ilə əməkdaşlığımız var. Dünya səviyyəsində qəbul edilmiş standartların ölkəmizdə də tətbiqinə şərait yaradırıq. Təsadüfi deyil ki, tələbat artdığına görə, bu ilin 9 ayında informasiya texnologiyaları, süni intellekt həlləri və innovasiyalara dair 500 standartın tətbiqinə icazə verilib. Bu addımlar bizim bazar iştirakçılarının və dövlət qurumlarının tələbatına uyğun olaraq atılır.
- Bəs ümumilikdə ölkədə yeni standartların qəbulu ilə bağlı artım dinamikası necədir?
- Bu sahədə artım dinamikası daimi müşahidə edilir. Son illər həm milli, həm də beynəlxalq standartların qəbulunda artım dəfələrlə olub. Məsələn, ötən il qəbul edilmiş yeni milli standartların sayı 68 olubsa, bu ilin 9 ayında artıq 62 olub. İlin sonuna doğru yenidən bu qədər milli standartın qəbul olunması gözlənilir. 9 ay ərzində dövri yoxlanılması aparılmış standartların sayı 26 olub, ötən il isə 30 standartın dövri yoxlanılması aparılıb. Eyni zamanda 9 ayda 677 beynəlxalq standartın tətbiqinə icazə verilib. Ötən il bu göstərici 235 olub.



Maskalarla bağlı əhaliyə MÜHÜM MÜRACİƏT
Azərbaycanda yeni agentlik yaradıldı
Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanıldı
Azərbaycanda halal dərmanlar satışa çıxarılacaq
Fermer fəaliyyəti ilə bağlı yeni standart qəbul edildi
İlham Əliyevdən bu quruma yeni təyinat olub
Prezident Məmməd Abbasbəyliyə yüksək vəzifə verdi
Azərbaycanda daha bir YENİLİK
Nazir ərzağın bahalaşmasının səbəblərini açıqladı
Bu şirkətlərə süni qida məhsulları istehsalı QADAĞAN EDİLDİ
Bu komitə ləğv olundu
Buğda çörəyi ilə bağlı dövlət standartı təsdiq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 