Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyinin həyata keçirdiyi Neftçala rayonunda ailə başçısı həssas qadınlarının məşğulluğunun təmin edilməsi ilə bağlı "Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar: adlı layihə başa çatdı. Layihə Neftçala rayonunda peşə təhsili müəssisələrində təhsil alan qadınların həssas ailələrin biznes sahəsində təlimlərin və biznes ideyalarının təhlil olunması, köməklik göstərilməsi məqsədi ilə həyata keçirildi. 17 – 20 oktyabr 2023-cü il tarixlərində layihə çərçivəsində Neftçala Peşə Məktəbində təhsil alan gənc qızlar ilə ilkin görüş və biznes təlimi keçirildi. Görüşdə ilkin çıxışda qonaqları və iştirakçıları Liseyin direktoru Tarıyel Yaqubov salamladı. Sonra "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyinin layihə təşkilatçıları layihə haqqında geniş məlumat verdi. Həmçinin, iştirakçılara layihənin əsas məqsədini vurğulayaraq, qadınların ali və ya peşə təhsilinə cəlb etməklə öz bizneslərini qurmağa və özlərini inkişaf proqramlarına necə həsr edilməsindən danışdı. Sonra isə 20 oktyabr 2023-cü il tarixində Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi Rafət Şirəliyev layihə iştirakçılarına "Biznes nədir?" Sahibkarlıq və onun formalaşdırılması, sahibkarlıq ideyalarının təhlili, Özünəməşğulluq və imkanlar, Sahibkarlıq fəaliyyətinin planlaşdırılması, Sahibkarlıq ideyasının qurulması və planlaşdırılması üzrə qrup işi təlimini keçirdi. Təlimdə ilkin olaraq biznes ideyalar, biznesin əsasları haqqında məlumat verdi. 3 ay müddətində keçirilən layihədə Neftçala Peşə Məktəbində təhsil alan 30 nəfərdən çox gənc qızlar, qadınlar və həssas qruplardan olan qadınlar iştirak etdilər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi. Tədbir iştirakçıları bir daha fəallıqlarını göstərdilər və layihə təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək belə görüşlərin və təlimlərin daima keçirilməsini təklif etdilər.



"Gənc Politoloqlar Mərkəzi"-nin növbəti layihəsi
Qadın hüquqlarının qorunması ilə bağlı keçirilən layihə başa çatdı
Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə ilk tədbir həyata keçirilib
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər necə yayılsın?
İnsan alverinin qurbanı olmayın mövzusunda tədbir
Azərbaycanda qadın rektor və direktorların sayı açıqlanıb
İlham Əliyev sərəncam imzaladı
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Gənc Politoloqlar yeni layihə reallaşdırıb
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 