Oktyabrın 16-da Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 71-ci beynəlxalq kitab sərgisi işə başlayıb. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər. Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır. Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir. Sərgidə ölkəmizin 56 kvadratmetr sahədə qədim Qız qalası və İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanmış xüsusi stendində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrlər təqdim olunur. Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Sərgi çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan şirkətlər arasında işgüzar görüşlər, təqdimatlar təşkil olunur. Oktyabrın 16-da, sərginin birinci günündə ölkəmizin stendində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilə Türkiyə Respublikasının Frankfurt-Mayn şəhərindəki baş konsulu Burak Karartı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında kitab və nəşriyyat işi sahəsində əlaqələr yüksək qiymətləndirilib. Vaqif Əliyev Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində ölkəmizlə bağlı 40-dan çox kitabın Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Söhbət zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur



Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Azərbaycan İstanbul kitab sərgisində "Karabakh is Azerbaijan" stendi ilə təmsil olunacaq
Bakıda kitab sərgisinin açılışı oldu
“Teas Press” “Ən yaxşı nəşriyyat” seçildi
Paytaxtda növbəti kitab sərgisi başlandı
İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açıldı
Azərbaycan məhsulları Çində nümayiş olundu
Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunacaq
Azərbaycan cazı Almaniyada
Azərbaycan hərbçiləri Moskvada
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Azərbaycan stendi ABŞ-ın ən böyük sərgisində- VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 