İnsanlarda toy, nişan və ad günü ziyafətlərinə dəbdəbəli geyinmək adətə çevrilib. Əsasən də xanımlar bu adətə sadiq qalırlar. Bir paltarı təkrar geyinməyi sevməyən qadınlar, həmçinin, ziyafət geyimlərini gündəlik iş həyatında istifadə edə bilmədikləri üçün kirayələrə müraciət etməyə üstünlük verirlər.
Hazırda ölkənin hər yerində geyimləri kirayə verən mağazalar fəaliyyət göstərir. Mağazalarda təkcə qadın geyimlərini deyil, uşaq paltarları, zinət əşyaları, aksesuarları da görmək mümkündür.
Belə mağazalarda əsas tələbat bəy və gəlin paltarlarınadır. Bəy kostyumları, gəlinliklər, sünnət toyu üçün xüsusi libaslar da fərqli qiymətə kirayə verilir. Geyimin qiyməti isə onun keyfiyyətinə, istifadə zamanına görə müəyyən olunur. Bir ziyafətə görə çox pul xərcləmək istəməyənlər daha az pulla kirayə paltar xidmətindən yararlanırlar.
Bir neçə dəfə fərqli insanların geyindiyi paltar və istifadə etdikləri aksesuarların gigiyena baxımından zərərli olub-olmaması isə mübahisəlidir.
Kirayə geyimlərdən istifadənin fəsadları nələrdir? Başqasının geyindiyi geyim dəridə hansı xəstəlik yarada bilər?
Mövzu barədə Bizim.Media-ya danışan dermatoloq həkim Zakir Abıyev üst geyimlərinin təhlükəsiz olduğunu deyib:
“Üst geyimləri xəstəlik yaratmır, amma əgər alt və baş geyimlərini xəstə adam çıxarıb sizə verərsə, onu geyinərsinizsə, dəridə göbələk yaranma ehtimalı var.
Ümumiyyətlə, bakteriyalar qorxulu deyil. Bəzən insanlardan hansı sudan istifadə etdiyini soruşursan. Deyir ki, kran suyudur, amma qaynadırıq. Bunlara elə gəlir ki, qaynadıb mikrobları tələf edirlər.
Bizim qorxumuz mikroblardan deyil, suyun tərkibindəki atom şəklində olan metallardandır. Rəngli və qazlı olan sular xərçəng yaradır. Qaynanmış su isə ölü sudur, onun heç bir xeyri yoxdur. Yəni demək istəyirəm ki, bəzi məsələlər yanlış anlaşılır”.
O, başqasının alt geyimlərindən istifadənin doğru olmadığını bildirib:
“Kirayə geyim geyinməkdən qorxmaq lazım deyil, 2-3 saatlıq alıb qaytarırsınız. Yəni bir insan desin ki, mən kirayə libas geyinib dəri xəstəliyi tapmışam. Sadəcə, alt geyimləri məsləhət görülmür. Üst geyimlərinin isə qəti ziyanı yoxdur. Ümumilikdə isə gigiyena qaydalarına riayət etmək özü bir mədəniyyətdir”.



Novruzda kirayə evlərin qiyməti necə dəyişdi?
Bağ evlərinin qiyməti ucuzlaşdı
Bakıda BU MƏNZİLLƏRİN qiyməti ucuzlaşdı
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Bu ərazilərdə kirayə mənzillər bahalaşıb- SƏBƏB NƏDİR?
Bakıda bu evlərin qiyməti BAHALAŞACAQ: 7-8 min... - VİDEO
Bakıda bu mənzillərin QİYMƏTİ ARTACAQ
Yeni dərs ili bağlı kirayə mənzillərin qiyməti bahalaşdı
Bakıda kirayə mənzillər niyə ucuzlaşıb? - VİDEO
Bağ evlərinin kirayə qiymətləri ARTDI
Kirayə mənzil bazarında vəziyyət necədir?
Bakıda kirayə avtomobillərin QİYMƏTLƏRİ - SİYAHI
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 