AB-nin adını “Avropa Sülh Fondu” qoyan bir qurumunun xətti ilə 30 illik işğal tarixinə malik ölkəyə "silah yardımı" göndərməsi birmənalı şəkildə riyakarlıq, ikiüzlülük və əxlaqsızlıqdır. İşğal dövründə ərazilərimizin darmadağın edilməsinə susan ASF Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir.
Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert göndəriləcək “yardım”ların nəticəni dəyişməyəcəyini, əksinə Ermənistanı fəlakətə sürükləyəcəyini vurğulayıb:
“Ermənistanın regiondan kənar ölkə və güclər tərəfindən silahlandırılması ilk deyil. Biz bir sıra ölkənin timsalında dəfələrlə bunun şahidi olmuşuq. Lakin edilən “yardım”lar və hərbi dəstək son nəticədə işğalın uzun müddət davam etməsi ilə nəticələnir. Ermənistan bu gün də arxasındakılara boş ümidlər bəsləyərək, 8 kəndimizi işğal altında saxlayır. Ancaq kənardan öz mənfəətləri naminə bölgəmizdə yenidən qan axması üçün Ermənistana silah verənlər gözlərini açıb Hərbi Qənimətlər Parkına diqqətlə baxmalıdırlar. Bura indiyədək İrəvana verilən ən yüksək səviyyəli silah və hərbi texnika ilə doludur. Toqquşma yaşanacağı təqdirdə Avropadan ayrılan sözügedən “yardım”ların da aqibəti eyni olacaq. Bütün hallarda göndərilən silah-sursat və hərbi texnika Ermənistana güc balansını tarazlaşdırmağa kömək etməyəcək. Amma müəyyən revanşist qüvvələr bundan bir qədər ruhlana bilər və yeni hərbi təxribatların törədilmə riski artar. AB-dən Ermənistan ordusunun reabilitasiyası üçün vaxtaşırı İrəvana edilən səfərlər zamanı verilən bəyanatlar isə Paşinyan hökumətini sülh müqaviləsini imzalamaqdan uzaqlaşdırır. Hadisələrin gedişatı Ermənistanı fəlakətə aparır, bölgəyə isə yaxşı heç nə vəd etmir”.
Qeyd edək ki, Avropa Birliyi nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda təşkilatın Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracağı bildirilib.



İrandan Xankəndinə aparılan gizli yükdə nələr var?
MN təcili məlumat yaydı
Rəsmi Bakıdan İrəvana cavab
İrəvanın qorxusu nədir?- Əgər İran biz tərəfdən müdaxilə etsə...
Laçında sərhəd məntəqəsi quruldu - Detallar
Ermənistan müharibəyə hazırlaşır - Ölkə başçısı
Ermənilər sülhə hazırlaşır?
Azərbaycan icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
Ermənistandan yeni təxribat – Azərbaycan sərt cavab verə bilər…
Müdafiə Nazirliyindən Ermənistanın havadarlarına XƏBƏRDARLIQ
Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Azərbaycan və Ermənistan müharibəyə hazırlaşır?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 