Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən, beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır. Ermənilərin qorxuları və bu qorxudan qaynaqlanan iddiaları Azərbaycanın hərbi müstəvidə addım atması ilə bağlıdır.
ONN media xəbər verir ki, erməni siyasi fəal Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində bu iddialar üzərindən müəyyən mülahizələr irəli sürür. Onun mülahizələrində əsas diqqət çəkən məqam hərbi eskalasiyanın vaxtına dair dedikləridir.
Erməni fəal iddia edir ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər.
“Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi “mövqelərə qayıdın” çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək”, - erməni şərhçi yazır.
Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: “Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Göyçə və Dərələyəz istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür”.
Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatlar yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır.
Avetis Babacanyan hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilər.
“Lakin Moskva da prosesə seyrçi qalacaq. Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın antirusiya siyasətindən qaynaqlanır”, - erməni şərhçi bildirib



Erməni fəal ölkə rəhbərini tənqid etdi
İlham Əliyev Putinə niyə zəng etdi?
Ermənistan yenidən müharibəyə hazırlaşır?- ŞOK İDDİA
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
Bakı və Ankaranın Laçında hərbi gedişi: təlimlərin hədəfi nədir?
Azərbaycana gələn F-16-ların hədəfi: Bakı və Ankaranın planı nədir?
Bakı və İrəvan arasında yeni müharibə olacaq?
Paşinyan ÇARƏSİZ HALDA: qışqırdı, bağırdı, sonra da qaçdı...
Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır - Polkovnik
Ermənistan müdafiə nazirindən ŞOK ETİRAF: Ordumuz...
XİN-dən Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına CAVAB
Ermənistandan bunu gözləyirik - XİN rəsmisi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 