Belə bir qanun çoxdan var. Notarius bunu qeyri-qanuni əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşməsinin qarşısını almaq qanunvericiliyi çərçivəsində tələb edir. Bu qanunvericiliyə əsasən də nəinki notarius, vəkillər və banklar limitdən yuxarı pulun mənbəyi haqqında soruşmalıdırlar.
Bu sözləri vəkil Əkrəm Həsənov notariuslarda qiyməti 20 min manatdan yuxarı mənzil, bağ sahəsi alarkən deklarasiya tələb edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qanunda belə bir tələb mövcuddur, lakin işlənmə mexanizmi düzgün deyil:
“Burada qanunsuz və qeyri-adi bir məsələ yoxdur. Sadəcə, Azərbaycanda bu qanunvericilik formaldır. Onun real təsir qüvvəsi yoxdur. Çünki vətəndaş gəlirin mənbəyi ilə bağlı istədiyi məlumatı verə bilir. “İllərlə yığdığım puldur, babamdan qalıb, qohumum bağışlayıb” və s. kimi versiyalar səsləndirmək mümkündür. Bunu isə yoxlamaq, həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu qanunvericiliyin həqiqi tətbiq edildiyi ölkələrdə vətəndaşların gəlir bəyannaməsi var. 2005-ci ildə Azərbaycanda məmurların gəlir bəyannaməsinin verilməsi haqqında qanun qəbul edilib, Beynəlxalq Konvensiyaya da qoşulmuşuq. Lakin 19 ildir biz onu tətbiq edə bilmirik. Nazirlər Kabineti o bəyannəmənin formasını hazırlamalıdır, lakin indiyə kimi hazırlamayıb”.
Tikinti və daşınmaz əmlak üzrə ekspert Elnur Azadov saytımıza açıqlamasında vurğulayıb ki, bu tələb yeni inşa olunmuş binalara tələbatı artıra bilər, lakin nəticələr çıxarmaq üçün ayın sonunu gözləmək lazımdır:
“Düzdür, indi bu alıcıların təşvişinə səbəb olub. Narahatdılar. Amma zamanla bu, yoluna qoyulacaq. Burada qorxulu səbəb yoxdur. Vətəndaş əmlakı satıb vəsait əldə edibsə, pulun mənbəyi var demək. Lakin hər hansı mənbədən gəliri göstərilmirsə, deklarasiyada qeyd etmək qorxusu yaranırsa, belə vətəndaşlar üçün necə olacağını zaman göstərəcək. Həmin şəxslər yeni inşa olunmuş binalardan müqavilə ilə mənzillər alacaqlar. Hazırda o sektora ola bilsin tələbat artsın. Çünki müqavilə əsasında aldıqları əmlakın üzərində sonradan mülkiyyət hüquqları əldə etmiş olacaqlar”



Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir?
Paşinyan geri çəkildi
Notariusda bu xidmət pulsuz olacaq
Əhaliyə dollar satışı ilə əlaqədar — VACİB XƏBƏR
Banklar niyə dollar satmır? - AÇIQLAMA
Mərkəzi Bankın pul siyasəti
Evinə çıxarış almaq istəyənlərin NƏZƏRİNƏ
Peyvənd olunmayanların pensiyası kəsiləcək? - AÇIQLAMA
Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... — Deputatdan AÇIQLAMA
Daha bir neçə bank bağlana bilər
DİM sədrindən repetitorlarla bağlı xəbər var
12 yaşdan yuxarı uşaqlara məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 