Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib.
ONN media xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb.
Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur.
A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib.
Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır.
Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar.
Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı



Qazaxın 7 kəndi qaytarılır? - Rus sülhməramlıları ƏRAZİYƏ GƏLDİ
Sənəd imzalanıb, bu kəndlər qaytarılır - Qriqoryan
Tavuş-Qazax sərhədi müəyyənləşir: işğalda qalan 7 kənd...
4 kənd DSX-nin nəzarətinə keçdi
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Qazaxın 7 kəndini qaytarmalıyıq - Paşinyanın adamı
4 kəndin azad edilməsi - Hansı strateji üstünlük qazandıq?
Xəritə yayıldı: ermənilər Azərbaycandan keçəcək?
Qazaxın işğal altında olan 7 kəndi MÜTLƏQ QAYTARILACAQ
Qazaxın azad edilən kəndlərində iş başlayır
Qazaxın bu kəndləri geri qaytarılır?
Brüssel görüşü: Qazaxın 7 kəndi və Kərki qayıdır - Qalstyan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 