Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
ONN media xəbər verir ki, R.Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.
O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
O, eyni zamanda ötən il Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi olmuşdu.



Azərbaycanda yüksək vəzifəyə təyinat
Təhsil Nazirliyində yeni təyinat
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Prezidentin yüksək vəzifə verdiyi Azad Cəfərli kimdir? - DOSYE
Qənirə Paşayevanın yerinə yeni təyinat olacaq
AzTV-nin yeni sədri kimdir? – DOSYE
Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi
Bu gün Hikmət Hacıyevin 41 yaşı tamam olur
Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 