Ötən gün bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 22 yaşlı Elvin Daşdəmir oğlu Eyvazovun cənazəsi doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kəndindəki ata evinə aparılıb.
ONN media xəbər verir ki, vida mərasimində ailə üzvləri, sakinlər, ictimaiyyət nümayəndələri, Xaçmaz İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin məsul şəxsləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Sonra onun cənazəsi Köhnə Xudat kənd məzarlığına aparılıb.
Hərbi hissənin nümayəndəsi Elvin Eyvazovun Vətən müharibəsində Suqovuşan istiqamətində vuruşduğunu, 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü ilin sentyabrında antiterror tədbirlərində iştirak etdiyini deyib.
Elvinin atası Daşdəmir Eyvazov oğlunun Vətən müharibəsində və digər əməliyyatlarda iştirak etdiyindən qürur duyduğunu söyləyib. Ata onun evə sonuncu dəfə bazar günü, mayın 26-da gəldiyini söyləyib.
Elvin Eyvazov Vətən müharibəsində igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Elvin Eyvazov subay idi, onun bir qardaşı var.
Hərbi qulluqçu Elvin Eyvazovun ölüm faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma başlanılıb.
Ona şəhid statusunun verilib-verilməyəcəyi istintaqın sonunda məlum olacaq.



DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi
Ötən gün həlak olan hərbiçimiz dəfn edildi
Şəhidimiz dəfn olundu
Daha bir şəhidimiz Qaxda dəfn edildi
Həlak olan hərbçimiz dəfn olundu
Azərbaycan şəhidi ilə vidalaşır
Faciəvi şəkildə həlak olan hərbiçimizin fotosu
Şəhid hərbçi dəfn olundu-FOTO
Qəzada həlak olan hərbiçimiz dəfn olundu
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
Şəhidimiz dəfn olundu
Vətən müharibəsi qazisi şəhid oldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 