Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar qəbul edib.
ONN media xəbər verir ki, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.
Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını dedi.
Alparslan Bayraqdar qeyd etdi ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğuladı. Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd etdi. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxundu.
Alparslan Bayraqdar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd etdi, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi
Qonaq Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önəmini bir daha qeyd etdi və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu dedi.
Dövlətimizin başçısı Türkiyə Prezidentinin bugünkü tədbirlə bağlı məktubuna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu dedi.
Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növləri, Türk Petrollarının SOCAR ilə birlikdə başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğuladı.
Ölkələrimiz arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü göstərdiyini qeyd etdi.
Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının Türkiyə ərazisindən 8 ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxundu və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.



Bayraqdar Cabbarovla görüşdü
İlham Əliyev açılış mərasimində
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
İlham Əliyev açılış mərasimində iştirak etdi
Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Laura Loxmanı qəbul edib
Türkiyə ilə Azərbaycan arasında TARİXİ ANLAŞMA
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Energetika nazirliyində növbəti görüş keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 