İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüblər.
İqtisadiyyat Nazirliyindən ONN media-ya bildirilib ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb



İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
Prezident Bayraqdarı qəbul etdi
Əsədov Fatih Dönməzlə görüşdü
Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Energetika naziri Yaponiyanın iqtisadiyyat naziri ilə görüşüb
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Türkiyənin daha bir naziri İsrailə gedir
SOCAR-dan BÖYÜK UĞUR
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 