İranda keçirilən 13-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.
ONN media Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Məhabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub. 1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanır, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdır. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsindən məzun olub.
O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni ziyarət edərək, buraya tibbi heyət göndərməklə yanaşı, hərbçi və həkim kimi fəaliyyət göstərməkdən məsul olur.
Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayır.
Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru olaraq bu vəzifədə 5 il fəaliyyət göstərib.
Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra heç evlənmir, 2 oğlu və 1 qızını tək böyüdür.
Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışır. 5 dəfə İran Parlamentinin Təbriz təmsilçisi seçilən Pezeşkian 2016-2020-ci illərdə Parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.
O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.
Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğu ilə bağlı çıxış edib.
Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.
M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.
2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürür. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilir.
Nəhayət, 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində o, digər rəqiblərini üstələyərək prezident kürsüsünə yüksəlib.



Pezeşkian Bakıya gəlir
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
Pezeşkian bu gün ilk mətbuat konfransını keçirir
Yeni prezidentə görə dava düşdü
İranın yeni prezidenti İranı necə dirçəldəcək?
Pezeşkian Azərbaycanı vurmağı təklif edib? – Britaniya nəşrindən sensassion iddia
İranda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Pezeşkian Azərbaycana səfərə gələcək
İranda seçici fəallığı məyus edir
Fəxrəddin Hüseynov İlham Əliyevə müraciət ünvanladı
AQTA sədrinə yeni müavin təyin olundu - DOSYE
24 may Cavad Heyətin doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 