İyulun 30-na planlaşdırılan andiçmə mərasiminə hazırlaşan İranın yeni prezidenti, əslən azərbaycanlı Məsud Pezeşkian gələcək fəaliyyəti barədə yeni çıxışlar edib.
ONN media İRNA-ya istinadən xəbər verir ki, Məsud Pezeşkian bu gün səhər Tehrandakı konfransda bəyan edib ki, indi vədləri yerinə yetirmək vaxtıdır:
“Əl-ələ verməsək, bizim dəqiq planımız və məqsədimiz olmasa, ədalət və insaf əsasında hərəkət etməsək, verdiyimiz vədlər boş qalacaq”.
Onun sözlərinə görə, dürüstlük özünü əməldə göstərməlidir:
“Əgər başqa cür hərəkət etsək, bu inam və ümid məyusluğa çevriləcək. Bunu bacarmaq üçün hər kəsin kömək etməsi lazımdır”.
Məsud Pezeşkian bildirib ki, İran etnik mədəniyyətlərin göy qurşağıdır.
O, özünü xalqın sadə nümayəndəsi hesab etdiyini vurğulayıb:
“Mən vədlərimə uyğun olaraq vicdanla hərəkət edəcəyəm. Xahiş edirəm, məni çox tərifləməyin... Məni məndən böyük etməyə çalışmayın. Hamımız əl-ələ verib bütün vətəndaşlarımızın, o cümlədən kişi və qadınların, şiə və sünnilərin, kürdlərin, bəlucların, ərəblərin, qeyri-müsəlmanların haqqını vermək üçün çalışmalıyıq”.
Prezident vurğulayıb ki, İran əhalisi problemlərin həlli üçün birləşməyə məcburdur:
"İqtisadi problemlər, sanksiyalar və mübahisələr var. Biz əl-ələ verib problemləri həll etməliyik və əlimizdə olanlara əsaslanıb yeni plan qurmalı, yeni davranışlar göstərməliyik”.
Ölkənin inkişafı üçün çalışacağını vurğulayan Pezeşkian deyib:
“Mən bir insan olaraq gecə-gündüz xalqa və İrana xidmət etməyə çalışacağam, ədalət və insafdan kənar heç bir iş görməyəcəyəm. Bu ədaləti həyata keçirmək üçün isə islahatlara ehtiyacımız var”.
Onun sözlərinə görə, islahatlar bütün xalq üçün ədalətin bərqərar olacağı və bütün insanların bu imkanlardan istifadə edə biləcəyi yolla getməkdir.
“Məni tənqid edin və səhvlərimi söyləyin!”, - deyə Pezeşkian çıxış edərkən vurğulayıb.
“Biz yalan danışmayacağıq, namuslu olub İrana vicdanla xidmət etməyə çalışacağıq, elm və biliyə əsaslanan yolla gedəcəyik”, - prezident deyib.



“İŞLƏMƏYƏ İMKAN VERMİRLƏR” - İranın yeni Prezidenti od püskürdü
Pezeşkian bu gün ilk mətbuat konfransını keçirir
Pezeşkian Azərbaycanı vurmağı təklif edib? – Britaniya nəşrindən sensassion iddia
Yeni prezidentə görə dava düşdü
Pezeşkian Azərbaycana səfərə gələcək
İranın yeni prezidenti artıq bu sazişə hazırdır
İranın yeni prezidenti İranı necə dirçəldəcək?
Əliyev İranın yeni prezidentinə zəng etdi
İrana rəhbərlik edəcək azərbaycanlı kimdir? - Dosye
İranda seçici fəallığı məyus edir
İranda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 