Bakının Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" satışa çıxarılıb.
ONN media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında olub. Lakin Mədəniyyət Nazirliyinin binanın üzərinə vurdubğu müvafiq lövhə çıxarılıb.
Murtuza Muxtarov, 141 ünvanında yerləşən "Axund hamamı" 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərib. Yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında XIX-XX əsrlərə aid olduğu qeyd edilən hamam "3706" inventar nömrəsi ilə qeydiyyata alınıb.
Məlumatlara görə, "Axund hamamı" xüsusi mülkiyyətdədir.
Sosial şəbəkələrdə iddia edilib ki, abidə 2019-cu ildən 1.7 milyon manata satışa çıxarılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" yerli əhəmiyyətli memarlıq abidəsidir:
"Tarixi tikili xüsusi mülkiyyətdədir. Abidənin məlumat lövhəsinin çıxarılması barədə məlumatımız var. Məsələ araşdırılır. Məlumat lövhəsi yenidən öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə bu cür yanaşma halları ilə tez-tez rastlaşırıq. Bir daha bütün vətəndaşları, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxsləri tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasını tələb edirik".



Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Dövlət Xidmətinin regional idarələri yaradılır
Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Prezident FƏRMAN İMZALADI
Təbrizdə 700 illik tarixi abidə dağılır
Bu qədim məscidin aqibəti necə olacaq?
Abidələrə qanunsuz müdaxilə: Nazirlikdən reaksiya
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Nazirlikdən açıqlama- Bu bina tökülür
Baş nazir tarixi bina ilə bağlı qərar imzaladı
Bu ölkədə şəhər satışa çıxarıldı: Şəhəri alan şəxs...
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 