Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.
ONN media xəbər verir ki, memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə məlumat daxil olub.
Məlumata əsasən, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib:
“Qeyd edək ki, bu bina Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır. Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir.
Bildiririk ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
Bir daha diqqətə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”.



Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Tarixi abidələrin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb
Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Dövlət Xidmətinin regional idarələri yaradılır
Tarixi abidə 1.7 milyona satışa çıxarılıb?
Prezident FƏRMAN İMZALADI
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Şəkidəki tarixi məbədi kim dağıtdı?
Tarixi binanın bərpasına başlandı - FOTO
Baş nazir tarixi bina ilə bağlı qərar imzaladı
Bu qədim məscidin aqibəti necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 