Hər il yeni tədris ilində tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir.
Ötən gün Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Buna səbəb onun öz şəxsi "Instagram" hesabında xanım tələbələrdən birinin geyimi ilə bağlı etdiyi paylaşım olub.
Həmin paylaşımdan sonra vətəndaşların fikirləri iki yerə ayrılıb. Bir qisim təhsilin geyimlə ölçülməməli olduğunu və müəllimlərin tələbələrə biliyinə görə qiymət verməli olduğunu iddia edərkən, digər qisim isə hər bir tələbənin təhsil ocağında mütləq şəkildə geyiminə fikir verməli olduğunu qeyd edib.
ONN media xəbər verir ki, Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib.
G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb:
"Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır".
Eyni zamanda, Günel Aslanova vurğulayıb ki, bundan sonra da daxili nizam-intizam qaydalarına hər kəsin riayət etməsinə rəhbərlik tərəfindən nəzarət ediləcək.



Universitetlərdə COVİD-19 pasportu belə yoxlanılacaq
Sosial şəbəkələrdə yayılan bu elan müzakirələrə səbəb oldu
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Bu gün neçə tələbə dərsə başlayıb?
Tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa... - Nazir
Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu
Bu universitetdən tələbələrə maraqlı qadağa
ATU-da zorakılıq edən tələbələrlə bağlı qərar
Məktəbli geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
BDU-dan qovulan tələbə bərpa edildi - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 