Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə diplomatımız da namizəd kimi iştirak edir.
ONN media xəbər verir ki, onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Q.Məmmədov XİN-in müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində çalışıb.
Digər deputat olmaq istəyən diplomatımız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəddir.
Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəddir. 1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəddir.



Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI
Yaşı 70-i ötmüş deputatlarımız - Siyahı
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Seçicilərin ən çox və ən az səsini toplayan namizədlər
Əflatun Amaşov seçkilərə qatılmır?
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
YAP bu şəxsi deputat siyahısından çıxardı
Polad Bülbüloğlunun rəqibi kimdir?
MSK Mehman Hüseynovun müraciətinə cavab verdi
İlk dəfə deputat adı qazananların adları açıqlandı - SİYAHI
Ceyhun Bayramov səs verdi
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 