Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
ONN media xəbər verir ki, 79 yaşlı diplomat namizədliyini 124 saylı Şuşa- Ağdam- Xocavənd seçki dairəsindən irəli sürüb. O, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.
Həmin dairədə hakimiyyətin namizədi Leyla Adil qızı Babışovadır.
Qeyd edək ki, L.Babışova siyasi çevrələrdə bir o qədər də tanınan fiqur deyil. Onun haqda nəinki mətbuatda, hətta sosial şəbəkələrdə də hər hansı ciddi məlumata rast gəlinmir.
2 uşaq anası olan Leyla xanım hazırda YAP-ın Şuşa rayon təşkilatının sədr müavinidir. O, ali təhsillidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.
Onun siyasi fəaliyyəti əsasən, hakimiyyətin və üzvü olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərə dair məlumatları paylaşmaqdan ibarətdir.
Müşahidəçilər L.Babışovanın qələbə şansını çox aşağı qiymətləndirirlər. YAP-ın bu dairəni 79 yaşlı xalq artistinə güzəştə gedəcəyi bildirilir.



Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI
Bu diplomatlar deputat olmaq istəyir - Siyahı
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Deputatlığa namizədlərin nəzərinə
YAP bu şəxsi deputat siyahısından çıxardı
Yaşı 70-i ötmüş deputatlarımız - Siyahı
YAP Xalq artistinin namizədliyini irəli sürdü
Aqil Abbas yenidən deputatlığa namizəd oldu
Əflatun Amaşov seçkilərə qatılmır?
Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü
Bu məntəqələrin seçkiləri ləğv olundu
Mehriban Əliyeva seçkilərlə bağlı paylaşım etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 