“Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik”.
ONN media-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
51 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. “Molde”nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik”.
Qeyd edək ki, dekabrın 1-də keçiriləcək “Molde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.



Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
"Qarabağ"ın oyunu üçün nə qədər bilet satılıb?
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov: Azarkeşlərimizi də başa düşürəm
"Qarabağ" - "Molde" oyunu bu ölkədə keçiriləcək
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
"Qarabağ" ın növbəti oyununun biletləri satışa çıxarıldı
Samir Abasov: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 