Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib.
ONN media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdilinin bəzi media qurumları və sosial şəbəkə səhifələrində son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlarla bağlı açıqlamasında bildirilir.
Nazirlik rəsmisi deyib ki, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.
“O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.
Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 milyon 700 min şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”, - açıqlamada deyilib



23 min insana — ŞAD XƏBƏR
Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI
Ölkəmizdə pensiya alanların sayı azaldı – Səbəb
Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin edildi
20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə ödənilən vəsaitin məbləği açıqlanıb
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
1 milyon 140 min nəfərin pensiyası artacaq
ŞOK RƏQƏM: Azərbaycanda aylıq 18208 MANAT pensiya alan var
Builki sosial islahatlar paketi barədə RƏSMİ AÇIQLAMA
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Pensiya alanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 