Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbilə, bir sıra məhsulların, xüsusilə, ətin qiymətinin bahalaşacağı ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, yenidən bahalaşma ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.
ONN media xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:
“Ətin qiyməti onsuz da bahalaşıb. Həm mal, hən də qoyun ətinin qiymətinin yay sezonunda bahalaşması müşahidə olundu. Güman etmirəm ki, sentyabr ayında toy sezonunun başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olmasını məhz bu səbəbdən müşahidə edək. Zatən, iyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə istirahətə yollanır, məzuniyyətə çıxır, müxtəlif bölgələrə üz tuturdu. Bu səbəbdən, ətin, xüsusilə, xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub”.
İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:
“Sentyabr ayında toy sezonunun başlamasının ətə olan tələbatı iyun-avqust aylarındakı tələbatdan daha çox edəcəyini düşünmürəm. Amma ümumi şəkildə desək, mal ətinin bir ara ucuzlaşdığını gördük. Səbəb idxalla bağlı idi. Rusiyadan idxal olunan məhsullar var idi. Bu da qiymətin ucuzlaşmasına öz təsirini göstərdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var. Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymətlərin bahalaşmasına toy sezonunun səbəb olacağını gözləmirəm”.



Ətin bahalaşmasının səbəbi nədir?
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Ətin ucuzlaşmasına səbəb nədir?
Qurban bayramına görə ət bahalaşdı?
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Ətin qiyməti bahalaşa bilər?
Azərbaycanda ətin qiyməti bahalaşdı
Qiyməti deməyə utanıram- QƏSSABLAR ŞİKAYƏTLƏNDİ
Toyuq dönəri bahalaşacaq? - AÇIQLAMA
Ətin qiymətində İNANILMAZ ARTIM
Mal əti UCUZLAŞDI - Son qiyməti
Ətin qiyməti yenidən bahalaşacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 