Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub.
ONN media xəbər verir ki, onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.
“Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib.
Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.
İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.
Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər



Ətin qiyməti bahalaşa bilər?
Mal əti UCUZLAŞDI - Son qiyməti
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Qurban bayramına görə ət bahalaşdı?
Ətin qiyməti yenidən bahalaşacaq?
Ətin bahalaşmasının səbəbi nədir?
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Ətin ucuzlaşmasına səbəb nədir?
Toy etmək istəyənlər üçün VACİB XƏBƏR
Çəkilmiş ət alarkən necə aldanmayaq?
Ət vergidən azad edildi: qiymətlər ucuzlaşacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 