ONN İnformasiya Agentliyi

Taliban və Pakistan arasında silahlı toqquşma olub

Taliban və Pakistan arasında silahlı toqquşma olub
7-09-2024, 19:55

Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

ONN media xəbər verir ki, bu barədə “TOLOnyus” məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında atışma başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png