Əfqanıstanın 3 əyalətində "Taliban" hərəkatı ilə müqavimət gücləri arasında toqquşmalar davam edir.
ONN media xəbər verir ki, münaqişə Pəncşir, Pərvan və Baqlan əyalətlərinin müxtəlif rayonlarında qeydə alınıb.
Qeyd olunur ki, döyüşlər ötən gecədən etibarən başlayıb. Hazırda həlak olanların sayı barədə məlumat verilməyib.
"Taliban" əleyhinə koalisiyanın toplandığı Kabildən təxminən 160 kilometr aralıda yerləşən Pəncşirdən gələn son xəbərlər təşkilatın bu əyalətdə müqavimətə son qoymaq üçün hərəkətə keçdiyini göstərir. Son məlumata görə, "Taliban"ın bölgə ilə telefon və internet əlaqələrini kəsib və təşkilat bölgəyə yüzlərlə silahlı göndərib.
Yerli sakinlər "Taliban"ın bölgəyə gedən yolları bağladığını, ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb olduğunu da iddia edirlər. Bu addım "əsas hücumdan əvvəlki son hazırlıq" olaraq şərh olunur. Hər iki tərəfin Əfqanıstan ordusundan qalan silahlarının olduğu və bölgədəki qarşıdurmaların son dərəcə şiddətli olduğu bildirilir.
Xatırladaq ki, "Taliban" avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.



Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında toqquşma oldu
Taliban Pəncşirdə strateji məntəqələri ələ keçirdi
Bağlanda qanlı toqquşma: "Taliban" itki verərək geri çəkildi
Taliban və Pakistan arasında silahlı toqquşma olub
Taliban Məsudun qüvvələrini mühasirəyə aldı
"Taliban" GERİ OTUZDURULUR: Pəncşirdə 300-dən çox silahlı MƏHV EDİLDİ
“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ
"Taliban" Əfqanıstanın Cəlalabad şəhərinə nəzarəti ələ keçirdi
Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı
Taliblər Pəncşir uğrunda döyüşə hazırlaşır
Əfqanıstanda 5 türk mütəxəssis "Taliban"ın mühasirəsində qaldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 