Ölkədə müzakirə olunan əsas məsələlərdən biri də uşaqpulunun verilməsidir. Bu mövzu ictimaiyyətdə tez-tez gündəmə gəlir.
ONN media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, ölkədə bəzi şəxslər uşaqpulu alır.
O deyib ki, bu gün Azərbaycanda dövlət yalnız həssas qruplara aid olan uşaqlara pul ödəyir:
“Bu qrupa aşağıdakı kateqoriyaqlara aid uşaqlar daxildir:
– 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq),
– ailə başçısını itirmiş uşaqlar (166 min uşaq),
– aztəminatlı ailələrdəki uşaqlar (160 min uşaq),
– 3 yaşadək uşaqlara qullu edən işləyən valideynlər (35 min uşaq üçün)
– uşağın anadan olmasına görə birdəfəlik müavinət verilənlər (120 min uşaq üçün),
– şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları (30 min uşaq),
– 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (50 min şəxs) daxildir”.
2024-cü ilin dövlət büdcəsindən ölkədə həmin qrupdan olan 10 kateqoriya üzrə 611 min uşağa 650 milyon manat uşaqpulu veriləcək”.
Sabiq nazir ölkədəki bütün uşaqlara uşaqpulunun ödənilməməsinə aydınlıq gətirib:
“Cəmiyyətdə son illər ən çox verilən bu sualın cavabını hər kəs öz bildiyi, başa düşdüyü şəkildə izah etməyə çalışır. Kimlərsə dövləti buna görə ciddi ittiham edir və digər ölkələrin “uşaqpulu” nümunələrinə diqqət çəkərək, “Niyə bizdə uşaqpulu verilmir?” - deyə tənqidlər səsləndirilir. Fikrimcə, bu sualın Azərbaycan cəmiyyəti üçün bir cavabı var. Uşaqpulu məsələsi gündəmə gələndə dövlət ilk olaraq ölkədə demoqrafik vəziyyəti dəyərləndirir.
Əslində demək olar ki, uşaqpulu verilən əksər ölkələrdə demoqrafik durum acınacaqlı vəziyyətdədir. Yəni bu ölkələrdə ölənlərin sayı doğulanların sayını üstələyir, bəzi ölkələr isə bu durumu gələn miqrantların hesabına bir qədər tənzimləyə bilirlər. Lakin bu onlar üçün həqiqi çıxış yolu deyil. Bəs bizdə demoqrafik vəziyyət necədir? Son 20 ildə əhalinin sayı 1 milyon 912 min nəfərə qədər artıb. Son 5 ildə əhalinin sayında 230 min nəfərdən çox artım qeydə alınıb. Pandemiyanın baş verdiyi 2019-2020-ci illər istisna olunmaqla, Azərbaycanda son illər ərzində əhalinin sayında hər il orta hesabla 50-60 min təbii artım qeydə alınır. Düşünürəm ki, Azərbaycanda hökumətin uşaqpulu verməməsinin əsas səbəbi də budur”.
İqtisadçı deyib ki, bu istiqamətdə vəsait çatışmazlığından söhbət gedə bilməz:
“Azərbaycan geniş maliyyə imkanları olan ölkədir. Deməli, məsələnin yeganə izahı budur ki, dövlət ölkədəki demoqrafiq vəziyyəti nəzərə alıb, əhalinin sayının daha da artmasını məqsədəuyğun hesab etmir



ŞAD XƏBƏR - Yeni doğulan uşaqlara verilən müavinət artırıldı
İlham Əliyevdən yüz minlərlə vətəndaşa ŞAD XƏBƏR
10 yaşadək uşaqlara müavinət verilsin - Millət vəkili
“Uşaqpulu bərpa oluna bilməz” — Mir Şahin
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ NƏDİR?
Sosial müavinətlə bağlı YENİLİK - 540 min nəfər...
Çoxuşaqlı ailələrə şad xəbər
Pensiyaçıların sayı açıqlandı
Uşaq pulu verilə bilər?- Nazir açıqladı
Azərbaycanda 1 yaşadək uşaqların ölüm SƏBƏBİ AÇIQLANDI
Övladlığa uşaq götürmək istəyənlərin NƏZƏRİNƏ- QADAĞA aradan qaldırıldı
"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 