Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
ONN media "Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.
Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, "Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.



Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq
Bu metrostansiyası ilə bağlı XƏBƏR VAR
Bakı metrosunda iş rejimi dəyişir
Bakı metrosu gücləndirilmiş rejimə keçir
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Bakı metrosunun stansiyalarında iş vaxtı artırılacaq
İki stansiya sabah gücləndirilmiş rejimdə işləyəcək
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
Bakı Metropoliteni gücləndirilmiş rejimə keçir - SƏBƏB? (ÖZƏL)
Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 