UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" -"APOEL" qarşılaşması ilə bağlı "Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq. ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhrəmov adın Respublika Stadionunda başlanacaq. Bununla əlaqədar əsasən stadiona yaxın olan metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün artıq bütün lazımi tədbirlər görülüb. Hər ehtimala qarşı ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, stansiyalarda sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı hərəkət intervalı azaldılacaq və ehtiyat qatarlar xəttə buraxılacaq. Gücləndirilmiş rejim oyundan sonra sərnişinlərin tam təhlükəsiz mənzil başına çatdırılmasına qədər davam edəcək". B.Məmmədov bildirib ki, metro stansiyalarının gecə 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq: "Oyun saat 23 radələrində başa çatacaq. Saat 00:00-a qədər də sərnişinlərin daşınması başa çatacaq. Ona görə də stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur". Xatırladaq ki, bu gün saat 20:55-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirində "Qarabağ" -"APOEL" qarşılaşması olacaq.
Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq



Bakı metrosu gücləndirilmiş rejimə keçir
Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?
Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Metro gücləndirilmiş rejimdə çalışacaq
Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
Bu gün Bakı metrosu saat neçədə bağlanacaq?
Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq
“Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
Bu metrostansiyası ilə bağlı XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 